“İlk iki görüşüm rahat keçdi. Hər ikisində vaxtından əvvəl qələbə qazandım”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi İslambek Dadov deyib.
67 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan Serbiyanın paytaxtı Belqradda Fərdi Dünya Kubokunda gümüş medala sahib olub. Azərbaycan Güləş Federasiyasının saytına təəssüratlarını açıqlayan Dadov bildirib ki, bütün qarşılaşmalara 6 dəqiqəlik mübarizə kimi baxır və buna uyğun köklənir: “Bəzisi vaxtından əvvəl başa çatır, bəzisi isə son saniyəyə kimi davam edir”.
O, 1/4 finalda 7:4 hesabı ilə məğlub etdiyi Slavik Qalstyanla (Ermənistan) qarşılaşmadan və digər görüşlərindən də danışıb: “Erməni ilə görüşdə heç bir həyəcan yox idi. Qarşılaşmaya yaxşı köklənmişdim. Ermənistanla münasibətlər hamıya bəllidir. Yanvarda Fransada keçirilən beynəlxalq turnirdə Qalstyana uduzmuşdum. Yenidən ona məğlub olmaq istəmirdim. Yalnız və yalnız qələbə haqqında düşünürdüm. Görüşə tam hazır idim. Allaha şükürlər olsun, qələbə qazana bildim. Yarımfinaldakı rəqibim olan Ukraynalı güləşçi ilə heç vaxt qarşılaşmamışdım. Ancaq praktiki olaraq onu tanıyırdım. Finala gəlincə, qələbə qazanmağa yaxın idim. Bunun üçün bütün gücümü ortaya qoydum. Bu dəfə o qalib gəldi, gələn dəfə qələbə bizim tərəfimizdə olar”.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”