“Bu qərarın gözlənilməz olduğunu deməzdim. Müsbət nəticəyə heç kim ümid etmirdi”.
Apasport.az saytının məlumatına görə, bunu atletika üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayeva deyib.
Rusiyalı idman veteranı Ümumdünya Antidopinq Agentliyinin (WADA) qərarına münasibət bildirib. Y.İsinbayeva Rusiya idmançılarına 4 il müddətində Olimpiya Oyunları və dünya çempionatlarında öz bayrağı altında çıxış etmək qadağasını haqsız hesab edib: “Çünki iki həftədir mətbuata yazılar sızdırılırdı. Sanksiyalar sərt, ədalətsiz və Rusiya idmanı üçün öldürücüdür. Hər şeyi belə qəbul edəcəyimizi, yoxsa İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyimizə kollektiv şəkildə qərar verəcəyik. WADA-nın idmançılar komissiyası bütün rusiyalı atletləri kollektiv şəkildə yarışdan kənarlaşdırmağa və Tokioya heç bir təmsilçimizi buraxmamağa çağırış edirdi. Təmiz idmançılara neytral bayraq altında çıxış etməyə icazə verilməsinin onların hüquqlarını nə dərəcədə qoruduğunu demək çətindir”.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib