"Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına başlanmasına dair mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) ofisində baş tutan tədbirdə Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim iştirak ediblər.
B. Özərdim 5-ci dəfə keçirəcəkləri yarışa marağın daha da artdığını və yeni mövsümdə konsert proqramlarının açıq havada baş tutacağını deyib.
Onun sözlərinə görə, ötən mövsüm əsas sponsor olan SOCAR-la 1 illik əməkdaşlıq artıq bitib: "Yeni mövsümlə bağlı nəsə demək tezdir. Bu, danışıqların gedişindən asılı olacaq. Sponsorlar siyahısında SOCAR da, digərləri də ola bilər. Allah uzaq etsin, heç olmaya da bilər".
N. Arpadarai isə yeni layihələrin olacağından söhbət açıb. Dediyinə görə, əsas məqsəd gənclərdə "Formula-1"ə maraq oyatmaqdır.
Qeyd edək ki, 2020-ci ildə keçiriləcək dünya çempionatı ilk dəfə 22 mərhələdən ibarət olacaq. Yarış həmişə olduğu kimi, martın 15-də Avstraliyanın Melburn şəhərində başlayacaq. Mövsüm BƏƏ-nin paytaxtı Abu-Dabidə sona çatacaq. Bu mərhələ noyabrın 29-na təsadüf edəcək. Azərbaycan Qran-prisi isə iyunun 5-7-də keçiriləcək.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"