“Ötən ay biz hamımız koronavirus xəstəliyinin yayılması və ətrafındakı stress kimi vəziyyətin əlavə çətinləşməsi ilə üzləşdik. Fevralda ümid edirdik ki, bu məsələ növbəti ayda həll olunacaq”.
Apasport.az saytının məlumatına görə, bu fikirlər Avropa Gimnastikasının prezidenti Fərid Qayıbova məxsusdur.
O, koronavirus pandemiyasının bu idman növünə təsiri barədə fikirlərini qurumun rəsmi saytında bölüşüb. Federasiya prezidenti yarışların payızdan tez baş tutmayacağını bildirib: “Amma təəssüf ki, koronavirusun yayılması martda Avropanın böyük hissəsinə daha güclü zərbə endirdi. Vəziyyətin pisləşməsi üzündən tədbirlər təxirə salınmağa başladı. Hətta Bakıda start götürən idman gimnastikası üzrə dünya çempionatı təsnifat mərhələsinin iki günündən sonra dayandırıldı. Hökumət bu xəstəliyinin yayılmasına qarşı atdığı profilaktik tədbirlərdən biri kimi bütün kütləvi tədbirləri ləğv etməyə qərar verəndən sonra final mərhələsi keçirilmədi. Eyni zamanda bir çox ölkələr sərhədlərində məhdudiyyətlər tətbiq etməyə başladı, aviaşirkətlər reysləri təxirə saldı. Əlbəttə, bütün bunlar bizi idmançılarımızın və yarışlarımızda iştirak edən bütün insanların təhlükəsizliyi barədə düşünməyə vadar etdi. Biz aprel-may aylarına planlaşdırılan bütün qitəmiqyaslı yarışları ləğv etmək barədə razılaşdıq. Aldığımız məktublardan görürük ki, hamı yeni tarixlər üçün narahatdır. Amma vəziyyət qeyri-müəyyən olduğundan bilmirik ki, indiki durum nə vaxt normallaşacaq. Bizə yarışların yeni tarixini müəyyənləşdirmək çətindir. Daim vəziyyəti nəzarətdə saxlayır, təşkilatçı ölkələrlə əlaqədə oluruq. İstənilən halda, yarışlar payızdan tez keçirilməyəcək”.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib