Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnirin qalibləri müəyyənləşib
29.04.2008 - 18:41
Bakı. Elşən Məmmədov-APA-Sport. Bu gün Bakı İdman Sarayında gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda beynəlxalq turnir keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, 7 ölkənin qatıldıqları yarışda ölkəmizin 30-dan çox sərbəst güləşçisi qüvvəsini sınayıb. 8 çəki dərəcəsi üzrə keçirilən turnirin yekunu olaraq, güləşçilərimiz 3 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar. Həmyerlilərimizdən Yaşar Əliyev (55 kq), Cəbrayıl Həsənov (66 kq) və Şərif Şərifov (84 kq) qızıl, Xanlar Şirəliyev (50 kq) və Mixail Qazayev (120 kq) gümüş, Məmmədəli Binnətov (55 kq), Samir Əhmədov, Etimad Qurbanov (hər ikisi 60 kq), Xangerey Asyatilov, Səbuhi Məmmədov (hər ikisi 96 kq) və Murad Murtuzəliyev (120 kq) bürünc medala sahib çıxıblar. Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında I yeri tutaraq, AGF Kubokunu qazanıb.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0