Azərbaycan tamblinqçiləri Avropa çempionatında çıxış edəcəklər
30.04.2008 - 13:40
Bakı. Kənan Həsənov – APA-Sport. Sabah Danimarkanın paytaxtı Kopenhagendə tamblinq üzrə növbəti Avropa çempionatı start götürəcək. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, bu nüfuzlu yarışda ölkəmizi iki idmançı təmsil edəcək. Çempionatın mükafatları uğrunda Səid Səlimov və Hafiz Rzayev mübarizə aparacaqlar. Turnirə mayın 3-də yekun vurulacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0