Azərbaycanda sualtı idman növü üzrə ilk çempionat keçiriləcək
02.05.2008 - 16:08
Bakı. Elşən Məmmədov-APA-Sport. Yaxın vaxtlarda Azərbaycanda sualtı idmanla məşğul olanlar üçün klub açılacaq. Bu haqda «APA-Sport» agentliyinə Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Tərlan Ramazanov məlumat verib. Onun sözlərinə görə, klubun yay aylarında havanın hərarətinin yüksəlməyə başladığı vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub. Sualtı idman növünü inkişaf etdirmək məqsədilə kluba bu sahədə təcrübəli mütəxəssislər cəlb olunacaq. T.Ramazanov klubun fəaliyyətə başlamasından sonra ilk ölkə çempionatını keçirəcəklərini bildirib. Çempionatda dalğıc kimi özlərini sınamaq istəyənlər mübarizə aparacaqlar.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0