Rafael Ağayev zədə ucbatından Xorvatiyanın açıq çempionatına qatılmayacaq
07.05.2008 - 10:18
Bakı. Elşən Məmmədov-APA-Sport. Az öncə Estoniyanın paytaxtı Tallində 5-ci dəfə Avropa çempionu olan Azərbaycan karateçisi Rafael Ağayev ölkəmizə zədəli halda qayıdıb. 26 yaşlı idmançı “APA-Sport” agentliyinə verdiyi açıqlamada döyüşlərin birində sol əlindən ciddi xəsarət aldığını bildirib. 2006-cı ildə dünya çempionu titulunu qazanan R.Ağayevin əl sümüyündə çat aşkarlanıb. Hazırda əli gipsdə olan idmançının sözlərinə görə, müalicəsi bir ayadək davam edəcək. Karateçi, həmçinin bildirib ki, 24-27 mayda Xorvatiyada keçiriləcək açıq çempionata dəvət alsa da, zədə üzündən qatıla bilməyəcək.
Qeyd edək ki, R.Ağayev Tallində başa çatan Avropa çempionatında açıq çəkidə qızıl, 70 kq çəki dərəcəsində gümüş, komanda kumite döyüşlərində isə bürünc medal qazanıb.
Qeyd edək ki, R.Ağayev Tallində başa çatan Avropa çempionatında açıq çəkidə qızıl, 70 kq çəki dərəcəsində gümüş, komanda kumite döyüşlərində isə bürünc medal qazanıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0