Teymur Rəcəbov sabah “M-Tel Masters” superturnirində mübarizəyə başlayacaq
07.05.2008 - 11:36
Bakı. Kənan Həsənov - APA-Sport. Bakı. Sabah Bolqarıstanın paytaxtı Sofiyada şahmat üzrə “M-Tel Masters” superturniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, üçüncü dəfə keçiriləcək yarışda Azərbaycanı milli komandanın üzvü Teymur Rəcəbov təmsil edəcək. 21 yaşlı həmyerlimizin rəqibləri Veselin Topalov (Bolqarıstan), Vasili İvançuk (Ukrayna), Levon Aronyan (Ermənistan), İvan Çeparinov (Bolqarıstan) və Bu Xianqzi (Çin) olacaq. Şahmatçılar dairəvi sistemlə iki dövrədə mübarizə aparacaqlar. Mayın 18-də başa çatacaq “M-Tel Masters” superturnirinə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov da dəvət alıb. O, yarışın ispaniyalı baş hakimi Xoakin Espejonun köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, əvvəlki iki turnirdə Veselin Topalov qalib gəlib. Ötənilki yarışda ölkəmizin şərəfini qoruyan Şəhriyar Məmmədyarov isə 3-5-ci pillələri bölüşüb.
Qeyd edək ki, əvvəlki iki turnirdə Veselin Topalov qalib gəlib. Ötənilki yarışda ölkəmizin şərəfini qoruyan Şəhriyar Məmmədyarov isə 3-5-ci pillələri bölüşüb.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0