Azərbaycan və İran cüdoçuları Sumqayıtda birgə təlim-məşq toplanışı keçəcəklər
07.05.2008 - 12:08
Bakı. Aqşin Əliyev-APA-Sport. İranın fiziki qüsurlu cüdoçulardan ibarət milli komandası mayın 10-da Azərbaycana gələcək. Bu haqda “APA-Sport” agentliyinə Milli Paralimpiya Komitəsinin mətbuat katibi İlham Təhməzov məlumat verib. Onun sözlərinə görə, iranlı cüdoçular azərbaycanlı həmkarları ilə birgə Pekin Yay Paralimpiya Oyunlarına hazırlaşacaqlar: “Milli komandamız kimi, İran yığması da paralimpiadaya 7 lisenziya qazanıb. Təlim-məşq toplanışı Sumqayıtda baş tutacaq. Cüdoçularımız bu dəfə sağlam deyil, fiziki qüsurlu rəqiblərlə yoxlama görüşləri keçirmək imkanına malik olacaqlar”. “Dalğa” otelində məskunlaşacaq iranlılar ölkəmizi mayın 20-də tərk edəcəklər.
Qeyd edək ki, Azərbaycan yığması Pekin paralimpiadasında tam heyətlə, yəni 7 cüdoçu ilə təmsil olunacaq.
Qeyd edək ki, Azərbaycan yığması Pekin paralimpiadasında tam heyətlə, yəni 7 cüdoçu ilə təmsil olunacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0