Azərbaycan cüdoçuları Ukraynada keçiriləcək beynəlxalq turnirə qatılacaqlar
07.05.2008 - 16:03
Azərbaycan cüdoçuları Ukraynada keçiriləcək beynəlxalq turnirə qatılacaqlar
Bakı. Aqşin Əliyev - APA-Sport. Ukraynanın paytaxtı Kiyevdə 20 yaşadək qızlar və oğlanlar arasında cüdo üzrə beynəlxalq turnir keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, yarışda ölkəmizi 17 idmançı təmsil edəcək. Oğlanların mübarizəsində Rasim
Əsədullayev, Asim Qocayev (hər ikisi 60 kq), Tural Hüseynov (66 kq), Tural Nağıyev, Murad Rəcəbli, Samir Hacıəhmədov (hamısı 73 kq), Kənan Nağıyev, Ramin Qurbanov (hər ikisi 81 kq), Şahin Qəhrəmanov, Tural Səfiquliyev (hər ikisi 90 kq), Eldar Məmmədov və Mehdi Canəliyev (hər ikisi 100 kq) qüvvəsini sınayacaq. Xanım idmançılarımızdan isə Turanə Seyidi (52 kq), Jalə İbrahimli (57 kq), Ülkər Vahidli (63 kq), Rəqiyyə Qarayeva və Kəmalə Hüseynzadə (hər ikisi 70 kq) tatami üzərinə çıxacaq. Mayın 10-11-də keçiriləcək cüdoçuları turnirə baş məşqçi Fərhad Məmmədov və məşqçi Azər Şıxəliyev hazırlaşdıracaq. Yığmamız Kiyevə sabah yollanacaq. Yarış başa çatdıqdan sonra həmyerlilərimiz üçgünlük beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
0