Azərbaycan boksçuları Tayvanda AİBA prezidentinin şərəfinə təşkil olunacaq beynəlxalq turnirə qatılacaqlar
07.05.2008 - 18:06
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan boksçuları mayın sonunda Tayvanın paytaxtı Taypeydə AİBA prezidenti Çinq-Kuo Vunun şərəfinə təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcəklər. Bu haqda “APA-Sport” agentliyinə Boks Federasiyasının prezidenti Ağacan Abıyev məlumat verib. Onun sözlərinə görə, bu yarışda ölkəmizi cəmi dörd boksçu təmsil edəcək. Tayvana Pekin olimpiadasına lisenziya qazanan Samir Məmmədov (51 kq) və Şahin İmranovla (57 kq) yanaşı, Emil Məhərrəmov (69 kq) və Famil Süleymanov (60 kq) ezam olunacaq. Hazırda bu boksçular Qazaxıstanın paytaxtı Astanada təlim məşq toplanışındadırlar. Təmsilçilərimiz yerli boksçular və bu günlərdə Astanaya gələn Koreya yığmasının üzvləri ilə hazırlıq keçir.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0