Sabah avarçəkmə üzrə Azərbaycan çempionatının startı veriləcək
08.05.2008 - 10:03
Mingəçevir. Elşən Məmmədov-APA-Sport. Sabah Mingəçevir şəhərindəki «Kür» Təlim-Tədris Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan çempionatının startı veriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, üç gün davam edəcək ölkə birinciliyi 18 yaşadək, həmçinin 23-dək və ondan yuxarı yaş qruplarında keçiriləcək. Akademik qayıqlarda avarçəkənlər yalnız 2000 metr, kayak və kanoe qayıqlarında avarçəkənlər isə 200, 500 və 1000 metr məsafələri qət etmək üçün yarışacaqlar. Çempionatın proqramına əsasən, 9-10 mayda ilkin və yarımfinal keçidləri, 11 mayda isə final keçidləri olacaq. Akademik avarçəkənlər bir nəfərlik, iki nəfərlik yüngül çəkili, sükanlı və sükansız, həmçinin dörd nəfərlik sükansız qayıqlarda mübarizə aparacaqlar. Kayak və kanoeçilər isə bir və iki nəfərlik qayıqlarda qüvvələrini sınayacaqlar.
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0