Azərbaycan yığma komandası Rusiya çempionatında mübarizə aparacaq
08.05.2008 - 13:06
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın həndbol üzrə qadınlardan ibarət milli komandası tələbələr arasında Rusiyanın açıq çempionatında iştirak edəcək. Bu haqda “APA-Sport” agentliyinə Həndbol Federasiyasının rəsmisi İsgəndər Əsgərov məlumat verib. Onun sözlərinə görə, ukraynalı mütəxəssis Georgi Voronovun rəhbərlik etdiyi yığmamız mayın 27-də Rostov şəhərində start götürəcək yarışa qatılacaq yeganə əcnəbi komanda olacaq. Həndbolçularımız çempionat ərəfəsində Həştərxan şəhərində hazırlıq keçəcək. Millimiz dörd günlük təlim məşq toplanışı çərçivəsində yerli “Astraxanoçka” klubu ilə yoxlama matçında da gücünü sınayacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0