Azərbaycan badmintonçuları ilk dəfə Avropa kubokuna qatılacaqlar
08.05.2008 - 13:24
Moskva. Elşən Məmmədov-APA-Sport. Azərbaycan badmintonçuları ilk dəfə klublararası Avropa kubokuna qatılacaqlar. Bu haqda “APA-Sport” agentliyinə Badminton Federasiyasının baş katibi Mirzə Orucov məlumat verib. Onun sözlərinə görə, turnir iyunun 11-də Rusiyanın paytaxtı Moskvada start götürəcək. Beş gün davam edəcək yarışda kişi və qadınlar arasında şəxsi, qoşa, qarışıq və komanda formasında mübarizə aparacaqlar. Yığmamız turnirdə 10-dək idmançı ilə təmsil olunacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0