Azərbaycan yığması reytinq cədvəlində Ermənistanı bir pillə qabaqlayıb
08.05.2008 - 15:35
Bakı. Kənan Həsənov-APA-Sport. Avropa Piramida Komitəsi yeni reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, 144 bilyardçının siyahısında milli komandamızın 8 üzvü yer alıb. Təmsilçilərimiz arasında ən yaxşı göstərici 109,22 xalla 32-ci pillədəki mövqeyini qoruyan Seymur Məmmədova məxsusdur. Dörd pillə geriləyən Rauf Mustafayev (88,70 xal) 43-cü, hərəyə altı pillə geriləyən Rüstəm Kərimovla (69,55 xal) Azər Hacıyev (69,41 xal) müvafiq olaraq, 64-cü və 65-ci sırada yer alıblar. Autsayderlər qrupunda qərarlaşan bilyardçılarımızın mövqeyində isə müsbət dəyişiklik qeydə alınıb. Belə ki, üç pillə irəliləyən Aqşin Ələsgərov (53,66 xal) 84-cü, bir pillə irəliləyən Niyazi Xələfov (45,94 xal) 98-ci, 6 pillə irəliləyən Emir Hüseynov (42,44 xal) 109-cu, üç pillə irəliləyən Seyhun Ağayev (36,80 xal) isə 120-ci sırada qərarlaşıb. Azərbaycan milli komandasının mövqeyində isə dəyişiklik olmayıb. Hesabında 267,97 xal olan yığmamız 7-ci pillədəki yerini qoruyub. Komandamız əvvəlki siyahıda olduğu kimi, bu dəfə də Ermənistanı (250,56 xal) bir pillə qabaqlayıb. 14 yığmanın yer aldığı siyahıya 684,83 xalla Rusiya başçılıq edir.
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0