Azərbaycan Milli Məclisinin üzvü dünya çempionu olub
10.05.2008 - 13:08
Yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında təşkil edilən yarışda artıq Azərbaycanın 4 kikboksçusu dünya çempionu adını qazanıb. Bu haqda «APA-Sport» agentliyinə Kikboksinq Federasiyasının vitse-prezidenti Oqtay Mehdiyev məlumat verib. Onun sözlərinə görə, veteranlar arasında federasiya prezidenti, millət vəkili Adil Əliyev qızıl medal qazanıb. 82 kq çəkidə yarışan A. Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilər arasında Hafiz Baxşəliyev (88,5 kq) və Xəyal Əhmədov (76 kq) da birinci yeri tutub. Daha bir qızıl medala isə yeniyetmələrin mübarizəsində Şaban Şahpələngov (45 kq) sahib çıxıb.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0