Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11.05.2008 - 11:00
Roma. Elşən Məmmədov - APA-Sport. Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvü Vitali Rəhimov İtaliyanın paytaxtı Romada keçirilən I təsnifat turnirində Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. «APA-Sport» agentliyinin məlumatına görə, «Milone Trophy» adlanan turnirdə 60 kq çəkidə mübarizə aparan V. Rəhimov təsəlliverici görüşlərdə İraq, Fransa və Çin güləşçilərini məğlub edərək üçüncü yeri tutub. Bu nəticə pəhləvanımıza həm də lisenziya qazandırıb. Digər təmsilçilərimiz - Aydın Səfərovla (96 kq) Şalva Qadabadze (84 kq) ilk görüşlərində məğlub olublar. Bu gün isə İlqar Abdulovla (74 kq) Anton Botev (120 kq) mübarizəyə qoşulacaqlar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0