Teymur Rəcəbov “M-Tel Masters” superturnirində qələbə üzünə həsrət qalıb
12.05.2008 - 09:44
İlk üç turda cəmi 1 xal toplayan həmyerlimiz dördüncü qarşılaşmada reytinq favorit Veselin Topalovu (Bolqarıstan) məğlub edə bilməyib. Ağ fiqurlarla oynayan 21 yaşlı beynəlxalq qrossmeysterimiz 26-cı gedişdə yarım xalla kifayətlənməli olub. Hesabat turu çərçivəsində keçirilən digər oyunlarda, Vasili İvançuk (Ukrayna) İvan Çeparinova qalib gəlib, Levon Aronyanla (Ermənistan) Bu Xianqzi (Çin) heç-heçə edib.
IV turdan sonra turnir cədvəlinə maksimum nəticə göstərən V.İvançuk başçılıq edir. V.Topalov 2,5, İ.Çeparinov, T.Rəcəbov və L.Aronyan 1,5, B.Xianqzi 1 xal toplayıb. Bu gün V tur çərçivəsində İ.Çeparinov - T.Rəcəbov, V.Topalov – B.Xianqzi, L.Aronyan - V.İvançuk oyunları keçiriləcək.

- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0