Azərbaycan çempionu Avropa Klub Çempionları Kuboku uğrunda yarışda 4-cü yeri tutub
12.05.2008 - 16:52
Bakı. Aqşin Əliyev - APA-Sport. Bakının qadınlardan ibarət otüstü hokkey üzrə “Atasport” klubu Almaniyanın Köln şəhərində təşkil olunan Avropa Klub Çempionları Kuboku yarışında çıxışını başa vurub. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, komandamız bu gün 3-cü yer uğrunda görüşdə yerli “Rot Veiss” klubu ilə qarşılaşıb. Matçın birinci hissəsində qapılar toxunulmaz qalıb. Fasilədən dərhal sonra otüstü hokkeyçilərimiz koreyalı legioner Mkyunq Əliyevanın qolu sayəsində hesabda önə keçiblər. Lakin hollandiyalı məşqçi Herald Hyubenin rəhbərlik etdiyi kollektiv almaniyalıların həmlələrinə tab gətirə bilməyib. Nəticədə “Rot Veiss” final fitinədək iki dəfə fərqlənib. Qarşılaşmanın başa çatmasına iki dəqiqə qalmış ikinci qolu qapısından buraxan “Atasport” məğlubiyyətlə üzləşib. Beləliklə, paytaxt təmsilçisi ötən il olduğu kimi, Avropa Klub Çempionları Kuboku yarışında yenə 4-cü yerlə kifayətlənib.
Qeyd edək ki, “Atasport” qrup mərhələsində Rusiyanın “Volqa Telekom” (3:1), Litvanın “Şaulyay” (2:1) və Hollandiyanın “Hertogenboş” (0:4) komandaları ilə qüvvəsini sınayıb.
Qeyd edək ki, “Atasport” qrup mərhələsində Rusiyanın “Volqa Telekom” (3:1), Litvanın “Şaulyay” (2:1) və Hollandiyanın “Hertogenboş” (0:4) komandaları ilə qüvvəsini sınayıb.
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
0
0