Azərbaycan yığması Avropa çempionatına 15 samboçu ilə yollanacaq
13.05.2008 - 11:07
Minsk. Elşən Məmmədov-APA-Sport. Sabah Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandaları sambo üzrə Avropa çempionatında iştirak etmək üçün Belarusun paytaxtı Minskə yollanacaq. Bu haqda “APA-Sport” agentliyinə millimizin baş məşqçisi Mübariz İbrahimov məlumat verib. Onun sözlərinə görə, mayın 16-da start götürəcək qitə birinciliyində 15 samboçumuz qüvvəsini sınayacaq. Orxan Cəlalov (48 kq), Vüqar Məmmədov (52 kq), Rəşid Şamilzadə (56 kq), Ruslan Rəşidi (60 kq), Səfər Aşumov (65 kq), Samir Kərimov (70 kq), Azər Ağayev (75 kq), Seymur Heydərov (81 kq) və Sadiq Əhmədov (87 kq) yeniyetmələrin mübarizəsinə qatılacaq. Gənclərin yarışında isə Elvin Məmmədov (48 kq), Əfqan Abdullayev (52 kq), Cavidan Qarayev (57 kq), Yaşar Abbasov (62 kq), Emil Həsənov (68 kq) və Mirələm Ağamirova (82 kq) şans veriləcək. Dörd gün davam edəcək Avropa çempionatında hakim qismində həmyerlilərimiz Cabir İsmayılov və Yaqub Abdullayev görüşləri idarə edəcəklər.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0