Kanada hökuməti Azərbaycan güləşçisinin Edmontonda Olimpiya lisenziyalı turnirdə iştirakına icazə verməyib
13.05.2008 - 12:15
Kanada hökuməti Azərbaycan güləşçisinin Edmontonda Olimpiya lisenziyalı turnirdə iştirakına icazə verməyib
Onun sözlərinə görə, səbəb 16-17 mayda keçiriləcək turnirdə iştirakı planlaşdırılan Zümrüd Qurbanhacıyeva və millimizin məşqçisi Elşad Allahverdiyevin viza problemi ilə üzləşməsi olub. Kanadanın ölkəmizdə səfirliyi olmadığından, nümayəndə heyətimiz ABŞ səfirliyinə müraciət edib. ABŞ səfirliyindən bildiriblər ki, Kanada hökuməti Zaqafqaziya və Yaxın Şərq ölkələrinin vətəndaşlarına Türkiyənin paytaxtı Ankaradakı səfirlikdən viza açır. Türkiyədəki səfirlikdən isə nümayəndə heyətimizin üzvlərini dinləmələrə dəvət etməklə, viza vermə prosedurunu mürəkkəbləşdiriblər. Bu səbəbdən Azərbaycan Güləş Federasiyasının rəhbərliyi ilkin Olimpiya təsnifat turnirinə idmançı göndərməməyi qərara alıb.
İndiyədək yığmamız qadın güləşində 4 mümkün lisenziyadan 3-ünə sahib çıxıb. 72 kq çəkidə qalan vəsiqəni də qazanmaq üçün Z.Qurbanhacıyevanın iki təsnifat turnirində qüvvəsini sınamaq imkanı var idi. Edmonton turnirində iştirakı baş tutmadığından, güləşçimiz yalnız 31 may - 1 iyunda İsveçin Haparanda şəhərində keçiriləcək II təsnifat turnirinə qatılacaq. Həmin turnirdə öz çəkisində ilk “üçlüy”ə girəcəyi halda, Z.Qurbanhacıyeva Pekin Olimpiadasına lisenziyaya yiyələnəcək.
0