İlham Aslanov: “Bakıdakı Avropa çempionatının yüksək səviyyədə keçəcəyinə şübhə etmirəm”
14.05.2008 - 16:42
Bakı. Kənan Həsənov - APA-Sport. “İlk dəfə Bakıda bilyard üzrə beynəlxalq yarış keçiriləcək. Bunun Avropa çempionatı olması xüsusilə sevindirici haldır. Çünki birinciliyi təşkil etməyə namizədlər çox idi. Avropa Bilyard Komitəsi isə Azərbaycana etimad göstərdi. Buna görə qurumun rəhbərliyinə və təşkilati işlərdə bizə dəstək verən Gənclər və İdman Nazirliyinə təşəkkürümüzü bildirirəm. Sabah startı veriləcək yarışın yüksək səviyyədə keçəcəyinə şübhə etmirəm”. “APA-Sport” agentliyinin məlumatına bunu Azərbaycan Bilyard İdmanı Federasiyasının prezidenti İlham Aslanov bu gün keçirilən mətbuat konfransında söyləyib. Federasiya rəsmisi yarışa qatılacaq bilyardçılarımızdan ciddi nəticə gözlədiyini bildirib: “Fikrimcə, doğma divarlar bilyardçılarımıza kömək olmalıdır. Seymur Məmmədov Avropa çempionatında iki dəfə gümüş medal qazanıb. Komandamızın kapitanı Azər Hacıyev isə üçüncü yeri tutub. Onların Bakıda da uğurlu çıxış edəcəyinə inanırıq”. İ.Aslanov qadınlar arasında təmsilçimizin olmamasına da münasibət bildirib: “Bu mentalitetlə bağlı məsələdir. Amma federasiya müəyyən işlər görməyi planlaşdırır. Gələcəkdə Bakıda yeniyetmələr üçün bilyard məktəbi açmağı düşünürük. Avropa çempionatının Bakıda keçirilməsi də bu idman növünə marağı artıracaq”.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0