Azərbaycan yığması Belarusda keçiriləcək beynəlxalq turnirə dəvət alıb
14.05.2008 - 17:35
Bakı. Aqşin Əliyev - APA-Sport. 21 yaşadək oğlanlardan ibarət otüstü hokkey üzrə Azərbaycan milli komandası (U-21) Belarusun paytaxtı Minskdə təşkil olunacaq beynəlxalq turnirə dəvət alıb. Bu barədə “APA-Sport” agentliyinə Azərbaycan Otüstü Hokkey Federasiyasının baş katibi Adil Paşayev məlumat verib. Onun sözlərinə görə, iyunun 26-dan iyulun 3-dək keçiriləcək yarış Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq: “İyulda Bakıda qitə birinciliyi baş tutacaq. Bu çempionata hazırlıq məqsədilə Belarusdakı beynəlxalq turnirə qatılacağıq. Minskə yollanmamışdan öncə isə Ukraynaya gedərək, bu ölkənin yığması ilə 3 yoldaşlıq matçı oynamağı planlaşdırırıq”. A.Paşayev vurğulayıb ki, Ukraynaya 21 yaşlı qızlardan ibarət milli komandamızın da yollanacağı gözlənilir. Səfər zamanı xanım hokkeyçilərimiz 20-26 iyul aralığında Avstriyada keçiriləcək Avropa çempionatına hazırlaşmaq imkanı qazanacaqlar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0