Azərbaycanın Pekin Olimpiadasındakı şef de-missionu: “Çində baş verən zəlzələdən narahat deyilik”
16.05.2008 - 13:38
Bakı. Elşən Məmmədov-APA-Sport. “Çində baş verən zəlzələ Pekin Olimpiadasına yollanacaq Azərbaycan nümayəndə heyətində heç bir narahatlıq yaratmayıb”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov deyib. Onun sözlərinə görə, Çinin Cənub-Qərbindəki Sıçuan əyalətində baş verən zəlzələni yalnız təbiət hadisəsi kimi qəbul etmək lazımdır: “Əgər narahatçılıq varsa, bu, təkcə Azərbaycan yox, bütün dünya ölkələrinin komandaları üçün olmalıdır. Həm də hadisə Çinin paytaxtından kənarda olub. Bu, o demək deyil ki, Pekində də zəlzələ baş verəcək. Fikrimizcə, bu gün nə idmançılar, nə məşqçilər, nə də nümayəndə heyətinin rəhbərliyinin narahatçılığı üçün səbəb var”.
Qeyd edək ki, Pekin Olimpiadasında Azərbaycan 200 nəfərədək nümayəndə heyəti ilə təmsil olunacaq.
Qeyd edək ki, Pekin Olimpiadasında Azərbaycan 200 nəfərədək nümayəndə heyəti ilə təmsil olunacaq.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0