Azərbaycan güləşçiləri Nabranda təlim-məşq toplantısı keçəcəklər
20.05.2008 - 14:37
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Nabranda təlim-məşq toplantısı keçirəcək. Bu haqda «APA-Sport» agentliyinə Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayev məlumat verib. Onun sözlərinə görə, hazırlıq prosesi mayın 30-da başlanacaq. 17 gün davam edəcək toplanışa 18 pəhləvan cəlb olunacaq. Onların arasında 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş və ehtiyat güləşçilər yer alacaq. 23 - 25 mayda Serbiyanın Novi Sad şəhərində keçiriləcək Pekin Olimpiadasına lisenziya xarakterli son beynəlxalq turnirdə çıxış edəcək Şalva Qadabadze (84 kq) və Aydın Səfərov (96 kq) da Nabrana yollanacaq. Pəhləvanlarımız baş məşqçi Elçin Cəfərov və məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında məşq edəcəklər. Toplanış 27 – 29 iyunda Bakıda təşkil olunacaq «Qızıl Qran Pri» turnirinin final mərhələsi və avqustun 8-də start götürəcək Olimpiadaya hazırlıq xarakteri daşıyacaq.
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
0
0