Azərbaycanı Polşada təşkil olunacaq beynəlxalq turnirdə 17 cüdoçu təmsil edəcək
20.05.2008 - 18:07
Azərbaycanı Polşada təşkil olunacaq beynəlxalq turnirdə 17 cüdoçu təmsil edəcək
Bakı. Aqşin Əliyev - APA-Sport. Mayın 26-dan 28-dək Polşanın Şirk şəhərində yeniyetmə oğlan və qızlar arasında beynəlxalq cüdo turniri keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini 17 idmançı qoruyacaq. Oğlanların mübarizəsində Həmid Dilbazov, Əli Rzayev (hər ikisi 50 kq), Vüqar Şirinli, Ceyhun Rufullayev (hər ikisi 55 kq), Fəqan Eminoğlu, Nurlan Əliyev (hər ikisi 60 kq), Cəlil Həziyev, Orxan Hacıağalı (hər ikisi 66 kq), Məhəmməd Quluzadə, Nəsib Əmrahov (hər ikisi 73 kq), Hikmət Alışov (81 kq), Orxan Səfərov (90 kq) və Elvin Marayev (+90 kq) çıxış edəcəklər. Xanım cüdoçularımızdan isə Polşaya Ülviyyə Vəliyeva (44 kq), Səbinə Allahverdiyeva (52 kq), Elmira Mustafayeva (57 kq) və Xanım Hüseynova (63 kq) aparılacaqlar. Məşqçilər Rəşad Həsənovla Rəşad Məmmədovun rəhbərlik etdiyi kollektiv mayın 22-də səfərə yollanacaq Turnir yekunlaşdıqdan sonra yığma üzvləri 3 günlük beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
0