Azərbaycan atleti lisenziya xarakterli açıq Rusiya çempionatında çıxış edəcək
21.05.2008 - 16:15
Bakı. Kənan Həsənov - APA-Sport. İyunun 7-də atletikanın marafon növü üzrə lisenziya xarakterli açıq Rusiya çempionatı start götürəcək. “APA-Sport” agentliyinin Azərbaycan milli komandasının baş məşqçisi Məhərrəm Sultanzadəyə istinadən verdiyi məlumata görə, Saransk şəhərində keçiriləcək yarışda ölkəmiz bir idmançı ilə təmsil olunacaq. İkinci gün davam edəcək turnirdə Gülnarə Məmmədova qüvvəsini sınayacaq.
Qeyd edək ki, G.Məmmədova mayın əvvəlində Almaniyanın Düsseldorf şəhərində baş tutan təsnifat xarakterli turnirdə bel nahiyəsindən zədə aldığı üçün mübarizəni yarımçıq dayandırmışdı. Həmyerlimiz eyni səbəbdən Latviyanın paytaxtı Riqada təşkil olunan yarışa da qatılmayıb. O, hazırda Belarusda bərpa prosesi keçir.

- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0