Azərbaycanın kamandan oxatanları Dünya Kubokunda mübarizəni erkən dayandırıblar
29.05.2008 - 11:07
Bakı. Aqşin Əliyev - APA-Sport. Türkiyənin Antalya şəhərində kişi və qadınlar arasında kamandan oxatma üzrə Dünya Kubokunun üçüncü mərhələsi start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini 4 idmançı qoruyub. Baş məşqçi Marina Tselıkovskayanın hər 4 yetirməsi mübarizəni erkən dayandırıb. Belə ki, kişilərin turnirində Emil Akçurin 720 mümkün xaldan 602-ni toplayaraq, 105-ci pillədə qərarlaşıb. Roman Vengerov isə 568 xalla 112-ci sırada qalıb. Xanım oxatanlarımız da uğursuzluqla üzləşiblər. 72 ox atan Səidə Orucova aktivinə 512 xal yazdıraraq, 102 nəfər arasında 94-cü olub. Komanda yoldaşından 7 xal az toplayan Svetlana Simonova növbəti yeri tutub. Beləliklə, həmyerlilərimizdən heç biri 1/32 finala adlamağı bacarmayıb. Dünya Kubokunun mayın 31-dək davam etməsi nəzərdə tutulsa da, Azərbaycan idmançıları vaxtından qabaq vətənə dönməyə hazırlaşırlar.
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
- Raman Saley Dünya Seriyasında mübarizə aparacaq
- Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib
0
0