Aleksandr Rındin növbəti mövsümdə də Rusiya çempionatında oynayacaq
30.05.2008 - 10:09
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan basketbolçusu Aleksandr Rındin növbəti mövsümdə də Rusiya çempionatında çıxış edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda həmyerlimizin məxsus olduğu “Ural-Qreyt” klubunun prezidenti Andrey Aqişev açıqlama verib: “Mən azarkeşlərimizə söz vermişəm. Legionerlər də daxil olmaqla, bütün basketbolçular komandada qalacaq. Onların hər biri ilə söhbət etmişəm və növbəti mövsümdə də bizimlə olacaqlarını bildiriblər”.
Qeyd edək ki, A.Rındin cari mövsümdə “Ural-Qreyt-2” klubunun heyətində Rusiya çempionatının güclülər dəstəsində ikinci yeri tutub.
Qeyd edək ki, A.Rındin cari mövsümdə “Ural-Qreyt-2” klubunun heyətində Rusiya çempionatının güclülər dəstəsində ikinci yeri tutub.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0