David Barbakadze Azərbaycan yığmasından imtina edə bilər
30.05.2008 - 11:07
Bakı. Kənan Həsənov - APA-Sport. David Barbakadze iyunun 17-də Şotlandiyada start götürəcək Avropa çempionatının C divizionunda Azərbaycan milli komandasının heyətində çıxış etməyə bilər. “APA-Sport” agentliyinin yığmanın baş məşqçisi Elxan Əliyevə istinadən verdiyi məlumata görə, gürcüstanlı legioner Basketbol Federasiyasına şərt irəli sürüb. D.Barbakadze komandamızda iştirakı üçün rəhbərlikdən müəyyən miqdarda pul tələb edib. Federasiya rəhbərliyi gürcüstanlı legionerin tələbinə yaxın günlərdə cavab verəcək.
Qeyd edək ki, D.Barbakadze üç il əvvəl litvalı olimpiya çempionu Rimas Kurtinaytisin rəhbərlik etdiyi milli komandamızın heyətində Avropa çempionatının C divizionunun qalibi olub.
Qeyd edək ki, D.Barbakadze üç il əvvəl litvalı olimpiya çempionu Rimas Kurtinaytisin rəhbərlik etdiyi milli komandamızın heyətində Avropa çempionatının C divizionunun qalibi olub.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0