Türkiyə milli komandası Xorvatiya ilə oyuna itkilərlə çıxacaq
17.06.2008 - 16:46
Bakı. Elşən Məmmədov – APA-Sport. Türkiyə milli komandası iyunun 20-də Xorvatiya yığmasına qarşı keçirəcəyi futbol üzrə Avropa çempionatının ¼ final matçı öncəsi itkilərlə üzləşib. «APA-Sport» agentliyinin məlumatına görə, Çexiya ilə qrup mərhələsinin son oyununda 3:2 hesablı əzmkar qələbə «ay-ulduzlular»a baha başa gəlib. Bu matçda qırmızı vərəqə alan qapıçı Volkan Dəmirəl və ikinci sarı vərəqə aldığı üçün cəzalı duruma düşən yarımmüdafiəçi Mehmet Aurelio növbəti görüşü buraxacaqlar. Müdafiəçi Əmrə Güngör isə aldığı xəsarət üzündən bir daha qitə birinciliyində forma geyməyəcək. Çexiyaya qarşı zədəli halda çıxış etmiş daha bir müdafiəçi Sərvət Çətinin sol dizindəki ağrılar güclənib. Həkimlər onun Xorvatiya ilə görüşdə iştirak edib-etməyəcəyi haqda qərarı oyun günü verəcəklər. Hələ İsveçrə ilə matçda zədəli halda çıxış etmiş yarımmüdafiəçi Tümər Mətinin qasıq nahiyəsindəki ağrılar üzündən qarşıdakı oyunu buraxma ehtimalı böyükdür.
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada keçiriləcək Xorvatiya – Türkiyə matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada keçiriləcək Xorvatiya – Türkiyə matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0