Valentin Demyanenko: “Dünya Kubokunun mərhələ yarışlarında qatıldığım kateqoriyalarda 5 mümkün medalın hamısını əldə edə bilərdim”
01.07.2008 - 14:29
Bakı. Elşən Məmmədov – APA-Sport. «Çıxışımı normal qiymətləndirirəm. Qazandığım üç qızıl medalı gözəl nəticə saymaq olar. Baxmayaraq ki, qatıldığım 200 və 500 metrlik məsafələrə yürüşlərdə 5 mümkün medalın hamısını əldə edə bilərdim”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında Azərbaycanın kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yığma komandasının üzvü Valentin Demyanenko deyib. Macarıstanın Zeqed, Almaniyanın Duysburq və Polşanın Poznan şəhərlərində təşkil olunmuş Dünya Kubokunun mərhələ yarışlarında 1 nəfərlik qayıqda 3 qızıl medal qazanan kanoeçimiz V.Demyanenko bildirib ki, qatıldığı 200 və 500 metrlik məsafələrə yürüşlərdə 5 mümkün medalın hamısını əldə etmək imkanı olub: “Sadəcə, hava şəraiti və təşkilatçılar tərəfindən mənə verilən qayıqda problemin olması ilk iki yarışda 500 metrlik məsafəyə yürüşdə mükafatçılar sırasına düşməyimə maneçilik törətdi. Amma ilk yarışda 200 metr, son turnirdə isə həm 200 metr, həm də 500 metrlik məsafələri hamıdan öndə qət etməyə müvəffəq oldum”. V.Demyanenko Poznanda B finalınadək irəliləmiş digər kanoeçimiz Aleksandr Kasatkin, eləcə də yarımfinalda çıxış etmiş kayakçılarımız Fikrət Zeynalovla Elmar Məmmədov haqda da fikirlərini bölüşüb. O, bildirib ki, hər üç avarçəkənimiz perspektivlidir: “Çoxlu məşq etmək lazımdır, belədə mükafatlara layiq nəticələr də olacaq”. Yığmamızın baş məşqçisi Vasili Kovbanovski əldə edilən nailiyyəti idmançılarımıza yaradılan şəraitin məntiqi nəticəsi kimi dəyərləndirib. O, gələcəkdə bu uğurları digər kanoeçilərimiz və kayakçılarımızın da davam etdirəcəklərinə ümidvar olduğunu bildirib. Gənc kaykçılarımız Fikrət Zeynalovla Elmar Məmmədov beynəlxalq arenada ilk dəfə qatıldıqları beynəlxalq yarışlarda kifayət qədər təcrübə topladıqlarını söyləyiblər: “Yığdığımız təcrübənin gələcəkdə bizə böyük köməyi dəyəcək”.
Qeyd edək ki, V.Demyanenko Dünya Kubokunun I mərhələsində 200 metrlik məsafəni 40,901 saniyəyə, III mərhələdə isə eyni məsafəni 40,207 saniyəyə, 500 metrlik məsafəni isə 1:47,697 dəqiqəyə qət edərək, ümumilikdə 3 qızıl medala sahib çıxıb.
Qeyd edək ki, V.Demyanenko Dünya Kubokunun I mərhələsində 200 metrlik məsafəni 40,901 saniyəyə, III mərhələdə isə eyni məsafəni 40,207 saniyəyə, 500 metrlik məsafəni isə 1:47,697 dəqiqəyə qət edərək, ümumilikdə 3 qızıl medala sahib çıxıb.
- AMADA Parisdə Monitorinq Qrupunun iclasında iştirak edib
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Prezident: "Xankəndidəki stadionun yenidən qurulması gələn il başa çatmalıdır"
- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
0
0