Azərbaycan cüdoçuları Avropa çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar
07.07.2008 - 10:29
Bakı. Aqşin Əliyev - APA-Sport. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 17 yaşadək oğlan və qızlar arasında təşkil olunan cüdo üzrə X Avropa çempionatına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, qitə birinciliyində Azərbaycanın 11 idmançısı qüvvəsini sınayıb. Həmyerlilərimizdən ən yaxşı nəticəni Vüqar Şirinli göstərib. 55 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bütün rəqiblərinə qalib gələrək, qızıl medala layiq görülüb. V.Şirinlinin komanda yoldaşı Fəqan Eminoğlu (60 kq) 1/4 finalda uduzsa da, təsəlliverici mərhələdə ardıcıl 3 qələbə qazanaraq, 3-cü yeri tutub. Bundan başqa, oğlan cüdoçularımızdan Hikmət Alışov (81 kq), Məhəmməd Xuduzadə (73 kq) və Orxan Hacıağalı (66 kq) medal qazanmağa yaxın olublar. Ancaq adıçəkilənlər müvafiq olaraq, 5-ci, 7-ci və 9-cu pillədə qərarlaşıblar. Xanım idmançılarımızdan isə yalnız Xanım Hüseynova fəxri kürsüyə yüksəlib. 63 kq çəki dərəcəsində yarışan X.Hüseynova bürünc medala sahib çıxıb. Rəşad Həsənovla Rəşad Məmmədovun rəhbərlik etdiyi milli komandamız 43 ölkə arasında 9-cu yeri tutub.
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0