Vüqar Həşimov olimpiya çempionuna uduzub
09.07.2008 - 10:03
Bakı. Aqşin Əliyev - APA-Sport. Rusiyanın Poykovski şəhərində XII dünya çempionu Anatoli Karpovun şərəfinə həsr olunan beynəlxalq turnir start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, 10 şahmatçının qatıldığı XIX kateqoriyalı yarışda Azərbaycan milli komandasının üzvü Vüqar Həşimov da mübarizə aparır. Turnirin startı 22 yaşlı beynəlxalq qrossmeysterimiz üçün uğursuz alınıb. Belə ki, həmyerlimiz qara fiqurlarla yerli idmançı, olimpiya çempionu Sergey Rublyovskiyə uduzub. Eyni zamanda, Rusiyanın daha bir təmsilçisi Dmitri Yakovenko ukraynalı Andrey Volokitini üstələyib. 19 yaşlı çinli vunderkind Van Xao isə digər rusiyalı Ernesto İnarkiyevə qalib gəlib. Emil Sutovski (İsrail) - Aleksey Şirov (İspaniya) və Viorel Baloqan (Moldova) - Aleksandr Onişuk (ABŞ) oyunları heç-heçə nəticələnib. Bu gün V.Həşimov ağ fiqurlarla E.İnarkiyevə qarşı mübarizə aparacaq. Doqquz turdan ibarət yarışa iyulun 17-də yekun vurulacaq.
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
0
0