Azərbaycan futzalçısı Rusiya çempionatına Serbiyada hazırlaşacaq
09.07.2008 - 12:47
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan futzal yığmasının üzvü Vitali Borisovun şərəfini qoruduğu Rusiyanın “Dina” klubu sabah 2008/09 mövsümünün hazırlığına start verəcək. “APA-Sport” agentliyinin məlumatına görə, həmvətənimiz hazırlıq prosesinin ilk mərhələsində iştirak etməyəcək. Bakıda istirahətdə olan 26 yaşlı futzalçı “Dina”nın düşərgəsinə gələn həftə yollanacaq. Moskva klubunun rəhbərliyi ilə yeni müqavilə bağlayacaq V.Borisov iyulun 20-də Serbiyaya səfər edəcək. “Dina” növbəti çempionata əsasən bu ölkədə hazırlaşacaq. 12 günlük təlim-məşq toplanışının ardından vətənə qayıdacaq paytaxt futzalçıları hazırlığı Rusiyada davam etdirəcəklər.
Qeyd edək ki, V.Borisov 2008-ci ilin ilk yarısında icarə əsasında “Dina”da oynayıb. Ötən ay “Araz”la müqaviləsi başa çatan futzalçı tezliklə Rusiya klubunun tamhüquqlu üzvünə çevriləcək.
Qeyd edək ki, V.Borisov 2008-ci ilin ilk yarısında icarə əsasında “Dina”da oynayıb. Ötən ay “Araz”la müqaviləsi başa çatan futzalçı tezliklə Rusiya klubunun tamhüquqlu üzvünə çevriləcək.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0