“Pekin Olimpiadasında Azərbaycan gimnastları layiqli çıxış edəcəklər”
04.08.2008 - 15:19
Bakı. Elşən Məmmədov – APA-Sport. “Fikrimcə, Pekin Olimpiadasında Rusiya ilə yanaşı, Belarus, Azərbaycan və Qazaxıstan təmsilçiləri layiqli çıxış edəcəklər”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ukraynanın bədii gimnastika üzrə yığma komandasının üzvü Natalya Qodunko deyib. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında çıxış edəcək 24 yaşlı idmançının sözlərinə görə, müxtəlif təmrinlər üzrə ilk “səkkiz”liyə düşəcək idmançıların hər biri medallar uğrunda mübarizə aparmağa qadirdirlər. Bununla belə, Ukraynanın ən titullu gimnastlarından sayılan N.Qodunko hər şeyin obyektiv hakimlikdən asılı olacağını bildirib: “Mənim üçün ən əsası, nəyə qadir olduğumu və bacarığımı nümayiş etdirməkdir. Şanslarım barədə isə danışa bilmərəm. Bədii gimnastika idmanın ən qeyri-obyektiv növüdür və buna qarşı mübarizə aparmaq mümkün deyil. Hakimlərin Olimpiadada nə dərəcədə obyektiv olacaqlarını söyləmək çətindir”.
Qeyd edək ki, qarşıdakı Olimpiadada bədii gimnastika yarışları avqustun 21-də start götürəcək. Üç gün davam edəcək mübarizəyə Azərbaycanın iki təmsilçisi – Avropa çempionu Aliyə Qarayeva ilə Dinarə Gimatova qatılacaqlar.
Qeyd edək ki, qarşıdakı Olimpiadada bədii gimnastika yarışları avqustun 21-də start götürəcək. Üç gün davam edəcək mübarizəyə Azərbaycanın iki təmsilçisi – Avropa çempionu Aliyə Qarayeva ilə Dinarə Gimatova qatılacaqlar.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0