Teymur Rəcəbov vəzirsiz qələbə qazandı
05.08.2008 - 09:53
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Soçi şəhərində təşkil olunan şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsi çərçivəsində V turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turu Azərbaycan milli komandasının lideri Teymur Rəcəbov üçün uğurlu alınıb. Ötən oyunda gözlənilmədən məğlub olan 21 yaşlı beynəlxalq qrossmeysterimiz fantastik qələbə qazanaraq liderliyə yüksəlib. Vahid lider İvan Çeparinovla (Bolqarıstan) görüşən həmyerlimiz üstünlüyü ələ keçirsə də, 24-cü gedişdə adi epizodda diqqətsizlik ucbatından “vəzir”i itirib. Amma vaxtında toparlanan T.Rəcəbov mükəmməl oyunla rəqibini 38-ci gedişdə təslim olmağa məcbur edib. Vüqar Həşimov isə yenə qələbə hesabını aça bilməyib. Təmsilçimiz ardıcıl beşinci heç-heçəni çinli Van Yue ilə görüşdə rəsmiləşdirib.
V tur çərçivəsində baş tutan Vasili İvançuk (Ukrayna) - Məhəmməd Əl Modiaki (Qətər), David Navara (Çexiya) - Dmitri Yakovenko (Rusiya), Boris Qelfand (İsrail) - Qata Kamski (ABŞ), Levon Aronyan (Ermənistan) - Sergey Karyakin (Ukrayna), Aleksandr Qrişuk (Rusiya) - Pyotr Svidler (Rusiya) görüşlərində qalib müəyyənləşməyib. Beş oyundan sonra turnir cədvəlinə 3 xalla T.Rəcəbov, İ.Çeparinov və A.Qrişuk başçılıq edir. V.Həşimovun hesabında 2,5 xal var. Bu gün istirahət edəcək şahmatçılar sabah VI tur çərçivəsində münasibətlərini aydınlaşdıracaqlar: İ.Çeparinov - A.Qrişuk, P.Svidler – V.Yue, V.Həşimov - D.Navara, D.Yakovenko - V.İvançuk, B.Qelfand - T.Rəcəbov, M.Ə.Modiaki - L.Aronyan, Q.Kamski - S.Karyakin.

- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0