Valentin Xodukin: “Bizi Belqradda tam fərqli “Partizan” sınağa çəkəcək”
05.08.2008 - 11:56
“Partizan”la öz meydanında 1:1 hesablı heç-heçə edən Azərbaycan çempionunun 69 yaşlı çalışdırıcısının sözlərinə görə, rəqibin səfərdə nisbətən zəif təsir bağışlaması arxayınçılığa əsas verməməlidir: “Partizan” rəqib meydanında ona lazım olan nəticəyə oynadı. İndi isə Serbiya çempionu evdə, çılğın azarkeşlərinin dəstəyi sayəsində çıxış edəcək. Bu mənada bizi Belqradda çətin sınaq gözləyir. Üstəlik, heyətimizdə problemlər var. Ancaq bütün bunlara baxmayaraq, səfərə nikbin, mübariz əhval-ruhiyyədə yollanırıq”. Bakıdakı matçda olduğu kimi, bir hücumçu ilə oynayacaq V.Xodukin ötən mövsümün bombardiri Xaqani Məmmədovu yenə ilk dəqiqələrdən meydana buraxmağı düşünür. İlk görüşlə müqayisədə əsas heyətdə böyük dəyişikliklər etmək fikrində olmayan “İnter”in baş məşqçisi üçüncü mərhələyə çıxmaq şansları haqda danışmaq istəməyib: “Məni ilk növbədə oyunun səviyyəsi düşündürür. Komandamız “Partizan”la Bakıdakı görüşün ikinci hissəsində necə baxımlı oynadı, çoxlu qol imkanları yaratdı. Səfər matçında oyun təşkilatçılığı, nizam-intizamından çox şey asılıdır. Düzgün oynamaqla bizə lazım olan qolu vurmağa çalışacağıq. Çempionlar Liqasında daha bir mərhələ adlamaq istəyirik və bunun reallaşmasına inamımız var. İstəyimizə çatmaq üçün sonadək mübarizə aparacağıq”.
Qeyd edək ki, “Partizan” – İnter” oyunu sabah Bakı vaxtilə 23:45-də başlayacaq.
Qeyd edək ki, “Partizan” – İnter” oyunu sabah Bakı vaxtilə 23:45-də başlayacaq.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0