Baş məşqçi: “Namiq Abdullayev Pekin Olimpiadasından kənarda qalmamalı idi”
05.08.2008 - 13:11
Bakı. Elşən Məmmədov - APA-Sport. “Namiq Abdullayevin Pekin Olimpiadasından kənarda qalmasına təəssüflənirəm. Onun karyerası ərzində dördüncü dəfə Olimpiya Oyunlarında çıxış etməməsi təkcə qardaş kimi yox, həm də keçmiş dünya çempionu kimi mənə çox pis təsir edib. Onun aparılmamasına münasibətim mənfidir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında sərbəst güləş üzrə Azərbaycanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi, dünya çempionu Arif Abdullayev deyib. A.Abdullayev bildirib ki, qardaşı, sərbəst güləş üzrə yeganə olimpiya çempionu Namiq Abdullayev Pekinə aparılsaydı, karyerası ərzində üçüncü Olimpiya medalını ölkəmizə gətirə bilərdi: “Elə indi də Namiqin adı gələndə 55 kq çəkidə çıxış edən dünya güləşçilərinin 90 faizi ondan çəkinir. Son dünya çempionatında qardaşımın medalsız qalması zəifliyi ilə yox, zədəli olması ilə bağlı idi. Məncə, Namiq Olimpiadadan kənarda qalmamalı idi. Fikrimcə, Pekinə Abdullayevin aparılmaması təkcə mənim yox, bütün güləşçilərimizin ürəyincə olmadı”.
Qeyd edək ki, 55 kq çəkidə Pekin Olimpiadasına lisenziyanı Namiq Sevdimov qazanıb. Lakin yığma komandanın rəhbərliyi həmin çəkidə Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək güləşçinin adını iyunun sonlarında Bakıda keçirilmiş «Qızıl Qran-Pri» turnirinin final mərhələsinin nəticəsinə əsasən müəyyənləşdirib. Həmin yarışın həlledici görüşündə N.Sevdimov N.Abdullayevi püşk nəticəsində məğlub edərək, Olimpiadaya vəsiqəsini rəsmiləşdirib.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0