AFFA rəsmiləri Pekin Olimpiadasına niyə gedib?
06.08.2008 - 10:36
Bakı. Elşən Məmmədov – APA-Sport. 2008-ci il Yay Olimpiya Oyunlarının keçiriləcəyi Çinin paytaxtı Pekinə AFFA rəsmiləri də yollanıblar. “APA-Sport” agentliyinin məlumatına görə, çarter reysi ilə yola düşən Azərbaycan nümayəndə heyəti arasında AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov və yığma komandaların rəisi Elxan Tağızadə də yer alıb. Olimpiadada çıxış edəcək 44 idmançımız arasında futbol yığmamızın yer almadığını nəzərə alsaq, AFFA rəsmilərinin Pekinə hansı səbəblə üz tutması maraq doğurur. AFFA-nın mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyev E.Nəsirov, M.Məmmədov və E.Tağızadənin Çinə federasiya xətti ilə yollanmadıqlarını bildirib: “Ola bilsin, Dövlət Neft Şirkətinin əməkdaşları kimi Pekinə gedirlər. Çünki bu şirkətin də idmançılarımıza sponsorluq məsələlərində köməyi dəyib”.
Qeyd edək ki, E.Nəsirovla M.Məmmədov həm də AFFA İcraiyyə Komitəsinin üzvüdürlər. E.Tağızadəyə gəldikdə, o, Pekində olduğu vaxt – avqustun 20-də milli komandamız İslandiya ilə yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, E.Nəsirovla M.Məmmədov həm də AFFA İcraiyyə Komitəsinin üzvüdürlər. E.Tağızadəyə gəldikdə, o, Pekində olduğu vaxt – avqustun 20-də milli komandamız İslandiya ilə yoldaşlıq görüşü keçirəcək.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0