Eltac Səfərli dünya çempionatının vahid lideridir
06.08.2008 - 11:10
Eltac Səfərli dünya çempionatının vahid lideridir
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin Qaziantep şəhərində təşkil olunan 20 yaşadək şahmatçılar arasında dünya çempionatı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, oğlanların birinciliyində ardıcıl dörd oyunda qalib gələn Eltac Səfərli vahid liderdir. Yeniyetmələr arasında Avropa və dünya çempionu olan həmyerlimiz bu gün V tur çərçivəsində favoritlərdən Devid Houellə (İngiltərə) qarşılaşacaq. Digər təmsilçilərimizdən Rauf Məmmədov, Orxan Abdulov və Bəhruz Rzayev hərəyə 2, Vasif Durarbəyli 1,5 xal toplayıb. Qızların yarışında ən yaxşı göstəriciyə malik olan Xəyalə İsgəndərova (3 xal) liderdən 1 xal geri qalır. Türkan Məmmədyarova ilə Nərmin Kazımovanın hesabında 2,5 xal var. Avqustun 15-də başa çatacaq dünya çempionatının mükafatçıları 13 turun yekununa əsasən müəyyənləşəcək.
0