Fazil Məmmədov: “Pekin Olimpiadasında güləşçilərimizin hər biri medal uğrunda mübarizə aparacaq”
06.08.2008 - 12:55
Bakı. Elşən Məmmədov – APA-Sport. “Pekin Olimpiadasında maksimum medal qazanmağa çalışacağıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Yay Olimpiya Oyunları ilə əlaqədar bu gün Azərbaycan nümayəndə heyətinin tərkibində Çinin paytaxtı Pekinə yola düşən Azərbaycan Güləş Federasiyasının prezidenti, vergilər naziri Fazil Məmmədov deyib. F.Məmmədov Olimpiadaya böyük ümidlərlə yollandıqlarını bildirib. Hamının güləşçilərimizdən daha çox medal gözlədiyini deyən federasiya prezidenti 16 pəhləvanımızın hər birinin bu məqsəd uğrunda mübarizə aparacaqlarını söyləyib: “Əsas məsələ idmançıların psixoloji cəhətdən hazırlıqlı olmasıdır. Fikrimcə, belədə nəticə də olacaq. Amma bir məsələni də bilmək lazımdır ki, Olimpiya Oyunlarında güləş növündə 18 dəst medal uğrunda bütün dünya pəhləvanları mübarizə aparacaqlar. Ona görə də medal qazanmaq elə də asan olmayacaq. Bununla belə, idmançılarımız maksimum nəticə əldə etməyə çalışacaqlar. Onların hər biri medal uğrunda mübarizə aparacaq”.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0