“Fənərbaxça” Bakıya gələsi olmadı
07.08.2008 - 10:07
“Fənərbaxça” Bakıya gələsi olmadı
Bakı. Elşən Məmmədov - APA-Sport. UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün iştirakçıları məlum olub. «APA-Sport» agentliyinin məlumatına görə, azərbaycanlı azarkeşlərin Bakıda Türkiyə vitse-çempionu «Fənərbaxça»nı görmək istəkləri baş tutmayıb. İstanbul klubu növbəti mərhələyə asanlıqla vəsiqə qazansa da, Azərbaycan çempionu «İnter»ə yox, Serbiyanın «Partizan» komandasına rəqib olub. Postsovet məkanı respublikalarından Ukraynanın Kiyev «Dinamo»su ilə yanaşı, Belarusun BATE və Litvanın «Kaunas» klubları da adlarını III mərhələyə yazdırıblar. BATE «Anderlext»i (Belçika), «Kaunas» isə «Reyncers»i (Şotlandiya) mübarizədən kənarlaşdırıb. Litvalılar üçün bu, ilk böyük uğur sayılsa da, Belarus çempionu ötən mövsüm də III təsnifat mərhələsinədək irəliləmişdi.

«Spartak» (Rusiya) – «Dinamo» (Kiyev, Ukrayna)
«Barselona» (İspaniya) – «Visla» (Polşa)
«Şaxtyor» (Ukrayna) – «Dinamo» (Zaqreb, Xorvatiya)
«Şalke-04» (Almaniya) – «Atletiko» (İspaniya)
«Yuventus» (İtaliya) – «Artmediya» (Slovakiya)
«Fiorentina» (İtaliya) – «Slaviya» (Çexiya)
«Standard» (Belçika) – «Liverpul» (İngiltərə)
«Tvente» (Hollandiya) – «Arsenal» (İngiltərə)
«Qalatasaray» (Türkiyə) – «Styaua» (Rumıniya)
«Anortosis» (Kipr) – «Olimpiakos» (Yunanıstan)
«Vitoriya Gimaraeş» (Portuqaliya) – «Bazel» (İsveçrə)
«Panatinaikos» (Yunanıstan) – «Sparta» (Çexiya)
«Olborq» (Danimarka) – «Kaunas» (Litva)
«Levski» (Bolqarıstan) – «BATE» (Belarus)
«Partizan» (Serbiya) – «Fənərbaxça» (Türkiyə)
«Brann» (Norveç) – «Marsel» (Fransa)


İlk oyunlar 12 (13) avqustda, cavab görüşləri isə bundan iki həftə sonra keçiriləcək. Cütlərin qalibləri qrup mərhələsinə vəsiqə qazanacaqlar. Burada onları daha 16 klub gözləyəcək. Qrup mərhələsinin püşkü avqustun 28-də atılacaq.
0