Pekin Olimpiadasının təntənəli açılış mərasimi 3,5 saat davam edəcək
07.08.2008 - 10:57
Pekin. Elşən Məmmədov - APA-Sport. Sabah Çinin paytaxtı Pekində yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 17:00) XXIX Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, Olimpiadanın açılış və bağlanış mərasimlərinin təşkili departamentinin direktoru Çjan Hepinq təntənəli mərasimin 3,5 saat davam edəcəyini bildirib. Ç.Hepinq tədbirin bir neçə mərhələdən olacağını açıqlayıb. Belə ki, əvvəlcə Lo Xuan və britaniyalı müğənni Sara Braytman Pekin Olimpiadasının himnini ifa edəcəklər. Mərasim Çinin müxtəlif guşələrindən gəlmiş 28 milli və etnik musiqi ifaçılarının 75 dəqiqəlik çıxışı ilə davam etdiriləcək. Sonra bir saatlıq rəngarəng şou olacaq. Bu zaman mərasimin keçirildiyi “Quş yuvası” stadionuna toplaşan 100 minədək tamaşaçı və televiziya qarşısında tədbiri seyr edən 100 milyonlarla insan Qədim Çinin tarixinin müxtəlif mərhələlərini və hazırkı vəziyyətini əks etdirən görüntülərlə tanış olacaqlar. Tədbirin final hissəsində cürbəcür Olimpiya ənənələri və rituallarına əməl ediləcək. Çin Xalq Respublikasının sədri Xu Tszintao Olimpiya Oyunlarını açıq elan etdikdən sonra dörd illiyin ən mötəbər idman yarışına qatılan 205 ölkənin təmsilçiləri stadionda görünəcək. Hər bir yığma komandanın kapitanı öz ölkəsinin bayrağı ilə tamaşaçılar önündən keçəcək. Onların arxasınca isə öz ölkələrinin nümayəndə heyəti addımlayacaq. Azərbaycan bayrağını yunan-Roma güləşi üzrə Olimpiya və dünya çempionu Fərid Mansurov daşıyacaq.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0