Valentin Xodukin: “Zədəli gəmi ilə çox üzmək olmaz”
07.08.2008 - 15:18
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Çempionlar Liqasında mübarizəni dayandıran Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Onun sözlərinə görə, komandasının turnirin üçüncü təsnifat mərhələsinə çıxmamağı daha çox ilk oyunla bağlıdır: “Güclü rəqiblə cavab görüşünə mütləq üstün durumda yollanmalısan. Yəni evdə qalib gəlmək lazımdır ki, bunun üçün mütləq qol vurmalısan. Biz isə “Partizan”la Bakıdakı oyunda xeyli qədər qol imkanını boşa verdik ki, bu da ustalıq səviyyəsinin yetərincə olmamağı ilə bağlıdır. 1:1 hesablı heç-heçədən sonra səfərdə mərhələ adlamaq çətindir. Belqraddakı oyunda adlarını çəkmək istəmədiyim bəzi futbolçularımız zəif çıxış etdilər və onlardan narazı qaldım. Kimin ağlına gələrdi ki, Şəhriyar Rəhimov “Partizan”a qarşı 90 dəqiqə, dörd hissənin üçündə oynayacaq”. 69 yaşlı ukraynalı mütəxəssis cavab görüşündə də 1:1 hesablı heç-heçənin qeydə alınacağını gözləyirmiş: “Hesab 0:0 olan zamanı Mahmud Qurbanov əlverişli qol imkanından yararlansaydı, oyun tam başqa cür ola bilərdi. Hər halda, həmin vaxta qədər qapımız qarşısında real qol imkanı yaradılmamışdı. Bundan sonra ən pis halda, 1:1 hesabı qeyd alınıb, mübarizə əlavə vaxta gedə bilərdi. Milan Zaqoratsın zədələnməsi, Petar Zlatinovun isə özünü pis etməsi planlarımı pozdu və iki məcburi əvəzləmə etməli oldum. Üç əsas futbolçumuzun - zədəli Qoran Arnautla Bronislav Çervenka və cəzalı Valter Quqlemonun yoxluğu böyük itki idi. Necə deyərlər, zədəli gəmi ilə çox üzmək olmaz”.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0