“Pekin Olimpiadasında Rusiya gimnastlarının əsas rəqibləri Azərbaycan idmançıları olacaqlar”
07.08.2008 - 15:48
Moskva. Elşən Məmmədov – APA-Sport. “Pekin Olimpiadasında əsas rəqiblərimiz Azərbaycan gimnastları olacaqlar”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rusiyanın sabiq gimnastı, “NTV-Plyus”» telekanalının şərhçisi Lyaysan Utaşyova deyib. Vaxtilə Dünya Kubokunun sahibi və Avropa çempionatlarının dəfələrlə qalibi olmuş L.Utaşyova bildirib ki, Azərbaycanda gimnastika son iki il ərzində inanılmaz dərəcədə yüksəlişə qədəm qoyub. Rusiyalı mütəxəssis XXIX Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək bədii gimnastlarımız Aliyə Qarayeva ilə Dinarə Gimatovanın dünya və Avropa çempionatlarında komanda hesabında üçüncü yeri tutduqlarını xatırladıb. L.Utyaşyova, həmçinin ukraynalı Anna Bessonova və belaruslu İnna Jukovanı da Rusiya yığmasına rəqib saydığını açıqlayıb.
Qeyd edək ki, Pekin Olimpiadasında bədii gimnastika üzrə fərdi çıxışlar 22-23 avqustda olacaq.
Qeyd edək ki, Pekin Olimpiadasında bədii gimnastika üzrə fərdi çıxışlar 22-23 avqustda olacaq.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0