Argentina Pekin Olimpiadasına qələbə ilə başladı
07.08.2008 - 17:59
Argentina Pekin Olimpiadasına qələbə ilə başladı
Pekin. Elşən Məmmədov – APA-Sport. XXIX Yay Olimpiya Oyunları çərçivəsində bu gün kişilər arasında futbol yarışlarının startı verilib. “APA-Sport” agentliyinin məlumatına görə, dörd qrupda keçirilən ilk turun qarşılaşmalarında heç bir gözlənilməz nəticə qeydə alınmayıb. Argentina, Braziliya, İtaliya və ABŞ turnirə qələbə ilə başlayıblar. Qalan oyunlar isə heç-heçə ilə nəticələnib:

A qrupu
Avstraliya – Serbiya – 1:1

Ruben Zadkoviç, 69 – Slobodan Raykoviç, 78

Kot d’İivuar – Argentina – 1:2
Seku Sisse, 53 - Messi, 43, Lautaro Akosta, 86

B qrupu

Yaponiya – ABŞ – 0:1

Stüart Holden, 47

Hollandiya – Nigeriya – 0:0

C qrupu

Braziliya – Belçika – 1:0

Hernandes, 79

Çin – Yeni Zelandiya – 1:1
Fanqcuo Donq, 88 – Ceremi Brokki, 53

D qrupu

Honduras – İtaliya – 0:3

Sebastyan Ciovinko, 41, Cüzeppe Rossi, 45-penalti ilə, Robert Akvafreska, 52-penalti ilə

Cənubi Koreya – Kamerun – 1:1
Çu Yanq Park, 68 – Corc Mandjek, 81
0