Vüqar Həşimov 20 oyundur uduzmur
08.08.2008 - 10:05
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Soçi şəhərində təşkil olunan şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsi çərçivəsində VII turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının üzvləri hesabat turunu xal itkisi ilə başa vurublar. Liderlər qrupunda qərarlaşan Teymur Rəcəbov ağ fiqurlarla oynadığı görüşün 50-ci gedişində Qata Kamski (ABŞ) ilə heç-heçə edib. Hesabında cəmi bir qələbə olan Vüqar Həşimov qara fiqurlarla 34-cü gedişdə Vasili İvançukla (Ukrayna) xal bölgüsünə razılaşıb. Maraqlıdır ki, qrossmeysterimiz Qran-Pri turnirində ardıcıl 20 oyundur məğlub olmur. Van Yue (Çin) - İvan Çeparinov (Bolqarıstan), Aleksandr Qrişuk (Rusiya) – Boris Qelfand (İsrail), Levon Aronyan (Ermənistan) - Dmitri Yakovenko (Rusiya), David Navara (Çexiya) - Pyotr Svidler (Rusiya) görüşlərində də qalib müəyyənləşməyib. Yeganə qələbəni Məhəmməd Əl Modiakini (Qətər) məğlub edən Sergey Karyakin (Ukrayna) qazanıb. Yeddi oyundan sonra turnir cədvəlinə 4,5 xalla T.Rəcəbov və İ.Çeparinov başçılıq edir. Onların ən yaxın izləyiciləri hərəyə 4 xal toplayan V.Həşimovla L.Aronyandır. Bu gün VIII turun oyunları keçiriləcək: İ.Çeparinov – D.Navara, T.Rəcəbov - A.Qrişuk, B.Qelfand – V.Yue, P.Svidler - V.İvançuk, V.Həşimov - L.Aronyan, D.Yakovenko – S.Karyakin, Q.Kamski - M.Ə.Modiaki.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0