Fərid Mansurov FİLA-nın reytinq siyahısında ikincidir
08.08.2008 - 18:15
Pekin. Elşən Məmmədov - APA-Sport. Çinin paytaxtı Pekində start götürən XXIX Yay Olimpiya Oyunları öncəsi Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası dünya pəhləvanlarının reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, sərbəst, yunan-Roma və qadın güləşi növləri üzrə açıqlanan siyahıda Azərbaycanın 13 pəhləvanı yer alıb. Təmsilçilərimizdən ən yüksək nəticə yunan-Roma güləşçimiz Fərid Mansurovla (66 kq) qadın güləşçimiz Mariya Stadnikə (48 kq) məxsusdur. Həm Olimpiya və dünya çempionu F.Mansurov, həm də Avropa çempionu M.Stadnik 28 xalla 2-ci pillədə qərarlaşıb. Sərbəst güləşçilərimiz arasında ən yüksək göstərici dünya və Avropa çempionatlarının bürünc mükafatçısı Çamsulvara Çamsulvarayevə (74 kq) məxsusdur. 24 yaşlı pəhləvanımız 23 xalla 3-cü yeri tutur. Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu Rövşən Bayramov (55 kq) isə 18 xalla 4-cü pillədə yer alıb. Digər pəhləvanlarımıza gəldikdə, sərbəst güləşçilərimizdən Xetaq Qazyumov (96 kq) 16 xalla 6-cı, Namiq Sevdimov (55 kq) 14 xalla 7-ci, Əli İsayev (120 kq) və Novruz Temrezov (84 kq) 14 xalla, Emin Əzizov (66 kq) 12 xalla 9-cu pillədə qərarlaşıblar. Yunan-Roma güləşçilərimiz İlqar Abdulov (74 kq) 14 xalla 7-ci, Vitali Rəhimov (60 kq) 10 xalla 11-ci yeri tutur. Qadın güləşçilərimiz Elvira Mürsəlova (59 kq) 11 xalla 8-ci, Yelena Komarova (55 kq) isə 12 xalla 9-cudur.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0